ice berg

ice berg İslam Dini 16-02-2026, 17:00

İnsan etdiyi hər əməlin əvəzini görəcəkmi?

İnsan etdiyi hər əməlin əvəzini görəcəkmi?

 Qurani-Kərimin “Zilzal” surəsində buyurulur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”. Bu ayələrdən məlum olur ki, ölçüsündən asılı olmayaraq hər bir yaxşı və pis əməlin əvəzi mütləq insana verilir. Lakin insanlar bəzən yanlış olaraq bu əvəzi dərhal və ya mütləq bu dünyada görmək istəyirlər. Əməlin əvəzi insana Allahın istədiyi vaxt qayıdar, bunun dərhal olması vacib deyil. Bəzən bir yaxşı əməlin əvəzini uzun illərdən sonra da görmək mümkündür. Bəzən mükafat və cəza bu dünyada deyil, axirətdə verilir. Bəzən isə insan əməlinin əvəzini alsa da, bunu anlamır. Yəni məsələn hansısa bəla və fəlakətin haçansa etdiyi yaxşı əmələ görə uzaqlaşdığını bilmir. Yaxud ağır müsibətlə rastlaşanda bunun hansısa günahın əvəzi olduğunu dərk etmir. Müsəlmanlar bu dünyadan sonra axirət aləminin də mövcudluğuna inanırlar. Əməllərin əvəzi insana mütləq verilir – ya bu dünyada, ya da axırətdə. O, ən azından Cənnət və Cəhənnəmdə öz əməllərinin əvəzi ilə qarşılaşacaq.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 194 207 219 189 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.