Öləmmirsən, mənim kimi - Gül onda
Yaşa dönüb gözlərimdən süzüldün
Ürəyimdə yasın düşüb
Hüzrdür
Həvəs yoxdur o həmənki ürəkdə
Bilirəmki gəlməyəcək
Kömək də
Nə ağlına gəlməyəcək nə yadə,
Xatirənə toxunma ha
Nəbadə
Sol yanını alıb sənin yad yeri
Axırıncı yollardasan
Dön geri
Göz yaşımın dostu olub yağışlar
Etməyəcəm heçvaxt sənə
Qarğışlar
Saf ürəyə dağlar kimi sən yüksən
Sən şeytanın balasından
Böyüksən
Bu şeir də son sözümdür sonunda
Öləmmirsən, mənim kimi
Gül onda
*Əli Haşimi*







