ice berg

ice berg Ana və uşaq 14-02-2026, 07:00

Körpələr rəqs ritmini həyatlarının ilk günlərindən hiss edirlər

Körpələr rəqs ritmini həyatlarının ilk günlərindən hiss edirlər

Bəzi insanlara elə gələ bilər ki, onlar ritm hissi ilə doğulublar və yeni tədqiqat bu fikirdə müəyyən həqiqət payı olduğunu göstərir. Alimlər aşkar ediblər ki, yeni doğulmuş körpələr artıq həyatlarının ikinci günündən etibarən musiqi nümunələrini qabaqcadan hiss edə bilir və dünyaya musiqiyə “köklənmiş” şəkildə gəlirlər. Bu da çox kiçik uşaqların musiqi sədaları altında başlarını ritmə uyğun hərəkət etdirməsini izah edir.

 

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma üçün İtaliya Texnologiya İnstitutunun komandası yuxuda olan 49 yeni doğulmuş körpə üçün İohann Sebastian Baxın fortepiano əsərlərini səsləndirib. Bu repertuara 10 orijinal melodiya və səs hündürlüyü dəyişdirilmiş dörd qarışıq kompozisiya daxil olub.

 

Körpələr musiqini dinlədikləri müddətdə tədqiqatçılar onların beyin dalğalarını ölçmək üçün elektroensefaloqrafiyadan istifadə ediblər. Bəzi hallarda körpələrdə təəccüb əlamətləri müşahidə olunub. Bu, onların melodiyanın müəyyən istiqamətdə davam edəcəyini gözlədiyini, lakin musiqinin başqa cür davam etdiyini göstərirdi. Analiz nəticələrinə görə, yeni doğulmuşlar ritm gözlənilmədən dəyişdikdə adətən təəccüb reaksiyası verirdilər ki, bu da onlarda gözləntilərin formalaşdığını sübut edir.

 

Bununla belə, tədqiqatçılar körpələrin melodiyanı məsələn, səsin hündürlüyündəki dəyişiklikləri və melodiyanın axıcılığını – izlədiyinə dair heç bir dəlil aşkar etməyiblər. Bu isə həmin bacarığın inkişafın hələlik məlum olmayan mərhələsində formalaşdığını göstərir. Eyni zamanda bu fakt melodiyanın qavranılmasının anadangəlmə xüsusiyyət olmadığını, əksinə, zamanla və xarici mühitin təsiri altında öyrənildiyini göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 204 158 189 154 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.