ice berg

ice berg İdman 15-02-2026, 21:31

Penaltilərin kralı “Real” Avropada zirvəyə çıxdı

Penaltilərin kralı “Real” Avropada zirvəyə çıxdı

İspaniyanın "Real" klubu 2025/2026 mövsümündə Avropanın aparıcı beş çempionatı arasında ən çox penalti qazanan komanda olub.

 

Loading.aZ xəbər verir ki, “Opta”nın məlumatına görə, madridlilərin xeyrinə artıq 13 onbirmetrlik təyin edilib. Onlardan ikisi La Liqanın 24-cü turunda "Real Sosyedad"la keçirilən və 4:1 hesabı ilə başa çatan matça təsadüf edib.

 

Bu göstəricidə ən yaxın izləyici Almaniyanın "Bavariya" klubudur - 9 penalti. Daha sonra "Maynz", İngiltərənin "Brentford" və Fransanın "Brest" komandaları gəlir. Həmin kollektivlərin hər birinin aktivində səkkiz onbirmetrlik var.


La Liqada isə penalti reytini belədir: “Jirona” - 7, “Barsa” – 6, “Malyorka” – 6, “Selta” – 6.

 

24 turdan sonra "Real" ölkə çempionatında da liderdir. Komanda 60 xal toplayıb və "Barselona"nı iki xal qabaqlayır. Kataloniyalıların isə ehtiyatda bir oyunu var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
161 181 129 187 173 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.