ice berg

ice berg Şeirlər 16-02-2026, 23:55

Eyni müstəvidə paralel xəttlər

Eyni müstəvidə paralel xəttlər

Yüksəltdim mən eşqi sonsuz mislinə, 

Nədənsə sən elə yerində durdun. 

Bir-bir topladığım ümidlərimi 

Elə getdiyin gün sıfıra vurdun...

 

Bölündük,bölündük bəlkə min yerə, 

Bölünən mən idim, bölən sən idin. 

Qismətdə can çəkən o qalıqları, 

Harda basdırmısan görəsən indi?

 

Soldan da, sağdan da ümidi kəsdim 

Bərabər olmadı eh, kənar hədlər. 

Biz indi səninlə sonsuza qədər, 

Eyni müstəvidə paralel xəttlər

 

 _Səbinə Xosiyeva_

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 245 221 236 175 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.