ice berg

ice berg Məşhurlar 16-02-2026, 13:31

"Aygün Kazımovanın ad günü olmasaydı, onunla bir masada oturmazdım"

"Aygün Kazımovanın ad günü olmasaydı, onunla bir masada oturmazdım"

Müğənni Xatun Əliyeva canlı efirdə küsülü olduğu şairə Nazilə Səfərli ilə bağlı maraqlı açıqlamalar verib.

 

Loading.aZ xəbər verir ki, sənətçi onların eyni məclisdə bir araya gəlməsindən danışaraq münasibətlərinə aydınlıq gətirib.

 

Xatun bildirib ki, bəzi tədbirlərdə harada və kimlə əyləşmək seçimi olur:

 

"Bəzi məclislər var ki, orada harada oturmaq barədə seçimin olur. Əgər Aygün xanımın istəyi və onun doğum günü olmasaydı, eyni masada əyləşməzdik. Danışmadığım adamla özümün də narahat olmağımı istəmirəm. Nazilə xanımla küskünlüyümüz var".

 

Xatun əlavə edib ki, bu barədə aparıcı Tarix Əliyev (Tolik) ilə də söhbət edib:

 

"Tolikə də demişdim. Necə ki, Fatimə ilə məhkəmə söhbətindən sonra barışdım, Nazilə ilə də barışaram. Arada dəhşətli bir şey olmayıb".

 

Sənətçi ad günü məclisində Nazilə Səfərlini gördüyünü və onunla səmimi davrandığını da bildirib:

 

"Əhvalım əla idi, gördüm, getdim saçını da oynatdım. Deyəsən tədbiri var idi, tez getdi. Dedim ki, ay Tolik, hara getdi? Bayram-bayrama qarışdı. Mən barışaram onunla".

 

Xatun Əliyevanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirə yaradıb. İzləyicilər iki tanınmış simanın yaxın vaxtlarda barışa biləcəyi ilə bağlı müxtəlif rəylər bildiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 152 193 142 180 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.