ice berg

ice berg Məşhurlar 17-02-2026, 12:00

Türkiyə ilə bağlı suala verdiyi cavab diqqət çəkdi

Türkiyə ilə bağlı suala verdiyi cavab diqqət çəkdi

Türkiyənin tanınmış aktrisası Özgü Namal Berlində iştirak etdiyi festivalın mətbuat konfransındakı suala verdiyi cavabla diqqət çəkib. 

 

Loading.aZ qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa müxbirin "Əgər bu hekayəni Türkiyədə təqdim edə bilsəydiniz, performansınız fərqli olardımı?" sualına belə cavab verib:

 

"Düzəliş edilməlidir. Bu, Türkiyədə göstərilə və ya çəkilə bilməyən bir performans deyil. Əvvəlcə bunu aydınlaşdırmalıyıq. Türkiyədə çəkə bilmədiyimiz üçün burada çəkmədik, burada çəkilmək üçün seçilib". 

 

25 ildir aktrisalıq etdiyini bildirən Namal, "Bəlkə də dünya bizdən xəbərsizdir, amma dünya bizi izləmədiyi, bizdən xəbərdar olmadığı vaxtlarda belə, biz aktyorluğa çox vaxt və səy sərf edən insanlar idik" deyib. 

 

Özgü Namalın bu cavabı sosial mediada müzakirə olunub. Bir çox izləyici, eyni zamanda müğənni Demet Akalın ona dəstək çıxıb. 

 

Qeyd edək ki, bu il 67-ci Beynəlxalq Berlin Film Festivalında Fələstinə dəstək davam edir. İlker Çatakın rejissorluğu ilə Özgü Namal və Tansu Biçerin rol aldığı "Sarı Zərflər" filminin premyerası 76-cı Berlin Film Festivalının (Berlinale) əsas müsabiqə bölməsində baş tutub. "Qızıl Ayı" uğrunda mübarizə aparan filmin komandası nümayişdən əvvəl beynəlxalq mətbuatla görüşüb, elə sözügedən dialoq da həmin mətbuat konfransında baş tutub. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 144 186 138 192 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.