ice berg

ice berg İdman 17-02-2026, 14:00

"Barca"lı futbolçu "Real Madrid"ə keçəcək

"Barca"lı futbolçu "Real Madrid"ə keçəcək

İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişə bilər.

 

Loading.aZ xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid" fransalı müdafiəçi ilə yaxından maraqlanır.

 

Kataloniya təmsilçisi hazırda oyunçunu satmaq niyyətində deyil. Lakin klub 70-80 milyon avroluq təklif alsa, bu transferi nəzərdən keçirə bilər.

 

Fransa millisinin 27 yaşlı müdafiəçisi İngiltərənin "Çelsi" klubunun da diqqət mərkəzindədir.

 

Qeyd edək ki, Jül Kundenin "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 177 197 156 177 170

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.