ice berg

ice berg İdman 18-02-2026, 20:00

Alonsodan məşhur kluba "yox" cavabı

Alonsodan məşhur kluba "yox" cavabı

İspaniyalı mütəxəssis Xabi Alonso Fransanın "Olimpik Marsel" klubundan aldığı baş məşqçi təklifini geri çevirib.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcı həm irəli sürülən şərtləri, həm də komandadakı qeyri-sabit durumu qənaətbəxş hesab etməyib və bu səbəbdən təklifi qəbul etməyib.

 

Xatırladaq ki, "Marsel" fevralın 11-də PSJ ilə oyunda 0:5 hesablı ağır məğlubiyyətdən sonra baş məşqçi Roberto De Zerbi ilə yollarını ayırdığını açıqlamışdı.

 

Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də "Real Madrid" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Hazırda o, azad agent statusundadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
151 181 203 166 173 129

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.