ice berg

ice berg İdman 19-02-2026, 13:13

"Real" onun üçün 100 milyon avro TƏKLİF EDƏCƏK

"Real" onun üçün 100 milyon avro TƏKLİF EDƏCƏK

İspaniya nəhəngi "Real Madrid" Fransa millisinin gənc futbolçusu Dezire Dueni heyətinə qatmağı planlaşdırır.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, Madrid klubu 20 yaşlı vinger üçün 100 milyon avro ödəməyə hazırdır.

 

Məlumata əsasən, "Kral klubu" transferi yay pəncərəsində reallaşdırmaq niyyətindədir. Hazırda PSJ formasını geyinən futbolçunun baş məşqçi Luis Enrike ilə münasibətlərində müəyyən problemlərin olduğu bildirilir. Madrid təmsilçisi isə bu vəziyyətdən yararlanmağa çalışır.

 

2024-cü ildən Paris klubunda çıxış edən Dezire Due cari mövsüm göstərdiyi performansla diqqət çəkib. O, bütün turnirlərdə 23 matça çıxaraq 8 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Transferin baş tutub-tutmayacağı isə yay transfer dönəmində bəlli olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 145 169 224 152 148

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.