ice berg

ice berg İdman 23-02-2026, 10:00

”Qarabağ”ın ”Nyukasl”la matçını tanınmış hakim idarə edəcək

”Qarabağ”ın ”Nyukasl”la matçını tanınmış hakim idarə edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.

 

Loading.aZ AZƏRTAC-a istinadən bildirir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.

 

VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

 

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda təşkil olunacaq "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 149 210 192 174 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.