Ən bədbəxt kişilər bizim ölkəmizdədir. Təsəvvür edin ki, müəyyən yaşa gəlmisən, qərar qəbul edərkən özbaşınalıq eləsən anan südünü halal eləmir (verib vermədiyi bir müəmmadır), atan evdən qovmaqla hədələyir. Çıxıb özünə başqa ev tutmağa pulun çatmır, o evdə oturmağa da kişiliyin. Evlənirsənsə sən özünə arvad yox, anan özünə gəlin seçir. Evlənmirsənsə böyük ilahi krallığı sonsuz qoymaqda ittiham edilirsən. Boşansan arvadını pozğun çıxarırlar, boşanmasan evliliyini burnundan gətirirlər. Hələ xəyanət eləsə "kişi edər" deyib bir də əxlaqsız yolda inamla addımladırlar.Bu ölkədə kişi olmaq qadın olmaqdan çətindir. Nə də olsa onları 9 ay qarnında gəzdirən anaları var.
Qısası, yuxarı tüpürsələr bığdır, aşağısı da saqqal.