Bir gün anlarsan xəyal qurmağın nə demək olduğunu
Bir gün anlarsan xəyal qurmağın nə demək olduğunu…
Gecələr yuxuya getməzdən əvvəl eyni üzü düşünməyi,
Eyni səsi xatırlayıb susmağı,
Bir mesaj səsinə dünyaları dəyişməyi…
Bir gün gözləməyi də anlayarsan –
Saatlara baxıb vaxtı sürətləndirmək istəməyi,
Gəlməyəcəyini bilə-bilə yenə də yol gözləməyi,
“Bəlkə” sözünə sığınıb ömrünü ertələməyi…
Ümid etməyi də anlayarsan bir gün.
Heç bir işarə yoxkən içində bir möcüzəyə inanmağı,
Hamı gedərkən “o qalacaq” deməyi,
Ürəyin qırıla-qırıla yenə də sevməyə davam etməyi…
O gün gələndə bəlkə də lənət edəcəksən yaşadıqlarına.
“Niyə bu qədər gec anladım?” deyəcəksən.
Keçmişdən nə qalıbsa söküb atmaq istəyəcəksən –
Şəkilləri, xatirələri, o yerləri, o mahnıları…
Amma bilməyəcəksən ki, insan keçmişi divardan sökə bilər,
Ürəyindən yox…
Və bax o gün –
Səni necə, nə qədər, hansı səssizliklərlə sevdiyimi anlayacaqsan.
Sözlə deyil, səbrlə sevdiyimi…
Qış kimi içimdə donaraq,
Yay kimi içimdə yanaraq sevdiyimi…
Bəlkə də gec olacaq.
Bəlkə mən artıq susmuş olacağam.
Amma sən bir gün anlayacaqsan –
Səni sevən bir ürəyin necə səssiz, necə dərin,
və necə tək döyündüyünü…







