ice berg

ice berg İdman 24-02-2026, 18:00

"Milan"da ciddi İTKİ: 2 ay oynamayacaq

"Milan"da ciddi İTKİ: 2 ay oynamayacaq

"Milan" ciddi itki ilə üzləşib.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik aldığı zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyəcək.

 

Klubun yaydığı rəsmi açıqlamaya görə, 30 yaşlı futbolçunun çənəsində sınıq aşkarlanıb və o, cərrahi əməliyyat keçirib. Hadisə A Seriyasının XXVI turunda "Parma"ya qarşı keçirilən və "rossoneri"nin məğlub olduğu ev oyununda baş verib.

 

Loftus-Çik matç zamanı rəqibin qapıçısı Edoardo Korvi ilə toqquşub. Zərbənin təsirindən futbolçu meydanı xərəkdə tərk edib və dərhal xəstəxanaya aparılıb.

 

Məlumatda qeyd olunur ki, yarımmüdafiəçinin hazırkı vəziyyəti qənaətbəxşdir və o, artıq xəstəxanadan evə buraxılıb. Onun təxminən səkkiz həftə ərzində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, Loftus-Çik 2025/2026 mövsümündə bütün turnirlərdə 27 oyuna çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 142 153 136 172 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.