AzizA

AzizA Yumor 25-02-2026, 12:30

Molla Nəsrəddin lətifələri

Molla Nəsrəddin lətifələri

Yenə də bir gün Mollanın arvadlarının arasında mübahisə düşür.
Axırda ikisi də gəlir Mollanın yanına ki:
– Bu saat de görək, bizim hansımızı çox istəyirsən?
Molla nə qədər and-aman eləyib deyirsə ki, "ikinizi də” – arvadlar
əl çəkmirlər. Axırda kiçik arvad deyir:
– Bura bax, uzun eləmə! Birdən biz ikimiz də düşək bir dərin gölə.
Sən də olasan orada. Əvvəl-əvvəl hansımızı çıxardarsan?
Molla baxır ki, iş şuluqdur, arvad bunu yaman yerdə tutub. Odur ki,
böyük arvaddan soruşur:
– Arvad, gərək ki, sən bir az-maz üzmək bilirsən axı...

Molla ev tikdirir. Evi tikən ustaya tapşırır ki, tavanın taxtalarını
döşəməyə, döşəmənin taxtalarını isə tavana vursun. Mollanın bu əmrindən
heyrətə düşən usta səbəbini soruşur. Molla deyir:
– Ev qurtarandan sonra evlənəcəyəm. Arvad da ki, girdi evə, sabahısı
ev alt-üst olacaq. Ona görə də indi baş-ayaq vur ki, onda düzəlsin.

Gecələrin birində Mollanın evinə oğru girir. Arvad şıqqıltıya oyanıb
yavaşca Mollanı dürtmələyir ki:
– A kişi, dur, evdə oğru var.
Molla o biri böyrü üstə dönür ki:
– Sən dua elə o, bir şey tapsın. Əlindən almaq asandır.

Molla küçə ilə gedərkən bir nəfər onun börkünü başından götürüb
qaçır. Molla baxır ki, ona çata bilməyəcək. Qayıdır birbaş yüyürür
qəbiristanlığa. Bir daşın üstündə oturub başlayır gözləməyə. Bir nəfər
soruşur:
– Molla, sənin börkünü götürən bazara tərəf qaçdı, bəs sən buraya
niyə gəlibsən?
Molla deyir:
– Sən işində ol! Bazara getməsin ki, lap göyə çıxsın, hara getsə,
axırda bura gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 200 215 215 222 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.