Bir kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o - insandır
- Bütün sevgilər unudular yalnız Ana sevgisindən başqa. (Asef Sas)
- Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin. (Andre Jid)
- Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. (Platon)
- Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri. (Viktor Hüqo)
- Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər. (Viktor Hüqo)
- Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
- Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. (Bertold Averbax)
- Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
- Çox təəssüf ki, hər birliyin bir də ayrılığı olur; çox təəssüf ki, hər başlanğıcın bir sonu olduğu kimi... (Barış Manço)
- Çox az adam, yaxşı talehli bir dostun müvəffəqiyyətlərini qısqanclıq etmədən təbrik edə bilər. (Esxil)
- Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. (Baltazar Qrasian)
- Çalışmaq bizi bu üç şeydən qurtarar: Can çətinliyi, pis vərdişlər, yoxsulluq. (Volter)







