ice berg

ice berg Şeirlər 27-02-2026, 22:00

Sənin haqqındadı hər sevgi şerim

Sənin haqqındadı hər sevgi şerim

Evə qayıdırarn uşaqlar yatıb,

Sənin də gözündən yuxu sürüşüb.

Adımı əlinin içinə yazmaq,

Görəsən hayandan yadına düşüb?!

 

Mən sənin ən pinti,dəcəl balanam,

Hər gün üst-başımı təmizləyirsən.

Məni dəli kimi sevdiyin üçün,

Mənimlə bir qabda yemək yeyirsən.

 

Yaşın otuz üçü keçibdi çoxdan,

Qız xasiyyətini dəyişməmisən.

On səkkiz yaşında qaldığın üçün,

Hələ zəmanəyə uyuşmamısan.

 

Qadın ol,ana ol,qız olma daha,

Sevginlə başıma oyun açırsan.

Başında on səkkiz yaşın sevdası,

Məni qayğılarda qoyub qaçırsan.

 

Sevirəm mən səni bu həyat kimi,

Sənə sevgilərim yüz cürə donda.

Harda şeirlərim qafıyəsizdi,

Uşaqların üstün örtmüşəm onda.

 

Çörək-su dalınca çıxmışam evdən,

Məni pis adamlar yüz yerdən sıxıb.

Evə qayıtmışam axşamlar, bəzən,

Sevirəm söyləmək yadımdan çıxıb.

 

Gör necə ucadı qəlbimdə yerin,

Sən ki aşağıda dayanmamısan.

Sənin haqqındadı hər sevgi şerim,

Sən bu xoşbəxtliyə inanmamısan.

 

Qəşəm Nəcəfzadə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 159 195 192 164 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.