ice berg

ice berg Texnologiya 2-03-2026, 18:00

Yaponiyada insanlarla danışan "dindar" robot yaradıldı

Yaponiyada insanlarla danışan "dindar" robot yaradıldı

Yaponiyada insanlarla danışa bilən dini robot hazırlanıb.

Loading..Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Kioto Universiteti, eləcə də "Teraverse" və XNOVA şirkətləri humanoid buddist robot - Buddharoid təqdim ediblər. Robot Çinin "Unitree Robotics" şirkətinin "Unitree G1" modeli əsasında hazırlanıb və "BuddhaBot-Plus" sistemi ilə işləyir.

Bildirilib ki, Buddharoid "ChatGPT"nin son versiyası əsasında fəaliyyət göstərir. O, buddist mətnlərindən sitatlar gətirərək istifadəçilərin suallarına cavab verir və "OpenAI" modelinin imkanlarından istifadə etməklə izahlar təqdim edir.

Robot sərbəst şəkildə yeriyə, əyilə və əllərini bir-birinə sıxa bilir. Tərtibatçılar qeyd edirlər ki, bu, iki ayaq üzərində hərəkət edən və təbii danışıq qabiliyyətinə malik ilk dini süni intellekt robotudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 195 150 187 169 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.