ice berg

ice berg Sevgi 2-03-2026, 23:55

Ölü bir qadın da sevə bilər, cənab…

Ölü bir qadın da sevə bilər, cənab…

Ölü bir qadın da sevə bilər, cənab…

Ürəyi çoxdan torpağa tapşırılsa belə, içində bir yerdə hələ də kiməsə aid qalan bir istilik ola bilər.

Gözləri çoxdan işığını itirsə də, bir ad çəkiləndə içində titrəyən bir xatirə yaşaya bilər.

O, susaraq sevər…

Səsini çıxarmadan, haqqını istəmədən, qarşılıq gözləmədən sevər.

Amma ölü bir qadın sevilməz, bilirəm…

Çünki insanlar canlı olanı sevir – güləni, danışanı, tələb edəni.

Ölü ruhu olan qadını kim anlayar ki?

Dərdini içinə basdıranı, hər gecə səssiz ağlayanı, özünü unudub başqasını düşünəni kim görər?

Ölü qadın sevir, amma sevgisini göstərməyə qorxur.

Bir dəfə yanıb kül olduğu üçün, ikinci dəfə yanmağa cəsarəti qalmır.

Ürəyini artıq qorumur — sadəcə gizlədir.

Və o gizlətdiyi ürəklə yenə də sevir…

Sakitcə.

Heç kimə yük olmadan.

Heç kimdən pay istəmədən.

Bilirəm, cənab…

Bəzən ən çox sevənlər, ən az sevilənlər olur.

Bəzən içi ölən qadın, hamı üçün güclü görünür.

Amma gecələr…

Gecələr o qadın tək qalanda, öz sükutunun içində dağılır.

Ölü qadın sevər…

Amma sevilmək üçün dirilməz.

Çünki bir dəfə öldürülən ürək, ikinci dəfə eyni yerindən döyünməz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 152 229 185 201 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.