Jafarova

Jafarova Şeirlər 3-03-2026, 14:40

Cabir Həsən (Bir gün yaşamağa həvəs olmasa)

Cabir Həsən (Bir gün yaşamağa həvəs olmasa)

Bəxtinə düşən gün səninki deyil,

Dünyadan aldığın nəfəs olmasa.

Ölüm də naz ilə keçər yanından,

Bir gün yaşamağa həvəs olmasa.

Hicran kimdən seçib aralar kimi,

Başına gəlməsə kim anlar kimi?

Rahat yaşayarsan adamlar kimi,

Öz abrın özünə qəfəs olmasa.

Özünə yüz saray, yüz qala tikdir,

Anlayan yoxdursa ürəyin təkdir.

Hər işdə Allahdan riza gərəkdir,-

Nə xeyri, ha darıx, tələs, olmasa.

***

Sən, təmiz hisslərin qatili ürək,

Bu incə döyüntü nəyinə gərək?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 228 213 234 192 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.