Yıxılan insana gülmək yaraşır!
Sevgidir həyatın müqəddəs yolu,
Sevərək dünyaya doğulur adam!
Sevgi bir dənizdir, təlatüm dolu,
Ən dayaz yerində boğulur adam!
Hər dəfə mizraba dəydikcə simim,
Qəm-kədər içində sıxılıram mən.
Bəlkə də tutmağa yoxdu heç kimim,
Hər addımbaşında yıxılıram mən!
Bir daha yıxılsam taqətim olmaz,
Axı kim uzadar əlini mənə?
O qızın yerinə kimsə dayanmaz,
Gülərək göstərir dilini mənə!
Necədə şirindi baxışları da,
O baxış uğruna ölmək yaraşır.
Gülərək dayanır çox aralıda,
Yıxılan insana gülmək yaraşır!






