ice berg

ice berg Maraqlı 4-03-2026, 19:23

Tarixin 4 martı...

Tarixin 4 martı...

Tarixin vərəqlərində 4 martdayıq.

 

Loading.Az bildirir ki, bu tarix ölkə və dünyada mühüm hadisələrlə yadda qalıb. 4 mart həm görkəmli şəxslərin doğulduğu, həm də vəfat etdiyi gün kimi də xatırlanır. Beləliklə, tarixin 4 martına nəzər salaq...

 

4 martda nələr baş verib?

 

2008-ci ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Ağdərə toqquşması baş verib. 1789-cu ildə ABŞ Konstitusiyası qüvvəyə minib. 1791-ci ildə Vermont ABŞ-nin 14-cü ştatı olub. 1941-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1980-cı ildə seçkidə qələbə qazanan Robert Muqabe Zimbabvenin ilk qaradərili baş naziri olub.

 

4 martda doğulanlar:

 

1968-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Elşad Əhədov, 1973-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi Vüqar Ağayev, 1994-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi Nail İbrahimli, 1985-cü ildə karateçi, Avropa və dünya çempionu Rafael Ağayev dünyaya gəlib. 

 

Dünyada isə 1875-ci ildə Macarıstanın ilk prezidenti Mixael Karoli, 1925-ci ildə fransız bəstəkar Pol Moria, 1938-ci ildə Qvineya prezidenti Alfa Konde, 1952-ci ildə italiyalı müğənni Umberto Totsi, 1986-cı ildə Cənubi koreyalı aktrisa Pak Min Yon, 1992-ci ildə alman futbolçu Bernd Leno doğulub.

 

4 martda vəfat edənlər:

 

2011-ci ildə aktyor, əməkdar artist Elçin Həmidov, 1916-cı ildə alman rəssam Mark Frans, 1963-cü ildə amerikalı şair Vilyam Karlos Vilyams, 1986-cı ildə Sovet şahmatçısı Lüdmila Rudenko, 2013-cü ildə yapon futbolçu Seki Matsunaqa və 2019-cu ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 175 137 147 139 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.