AzizA

AzizA Sağlamlıq 6-03-2026, 09:30

Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə

Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə

Ramazan ayının gəlişi ilə iftar və sahur süfrələrinin ayrılmaz hissəsi olan çay və qəhvə ilə bağlı mütəxəssis xəbərdarlığı edilib.

Loading.Az xəbər verir ki, stomatoloq Demet Bozyiğit Yüksel bildirib ki, xüsusilə sahurda kofeinli içkilərin həddindən artıq qəbulu gün ərzində ağız quruluğunu və susuzluğu artırır, eyni zamanda diş əti problemlərinə zəmin yaradır.

Mütəxəssis vurğulayıb ki, Ramazan ayında uzun müddət ac və susuz qalmaq ağız mühitində turşuluğu artırır. Bu isə bakteriyalar üçün əlverişli şərait yaradır:

Diş çürümələrinin sayı artır, diş əti iltihabı və qızartı güclənir, ağız qoxusu daha kəskin olur, ağız quruluğu yaranır.

Oruc zamanı tüpürcək ifrazı azaldığı üçün onun təbii təmizləyici təsiri də zəifləyir. Buna görə iftar və sahurdan sonra dişlərin mütləq fırçalanması tövsiyə olunur.

Mütəxəssis xüsusilə sahurda qəbul edilən qidalara diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə:

Çay və qəhvə kimi kofeinli içkilər susuzluğu artırır

Turş və qazlı içkilər ağız quruluğunu gücləndirir

Soğan, sarımsaq və ədviyyatlı qidalar ağız qoxusunu artırır

Həddindən artıq çay və qəhvə dəmirin mənimsənilməsini azalda bilər

Nə yemək tövsiyə olunur?

Sahurda daha çox qatıq, yaşıl tərəvəzlərdə kalsiumla zəngin qidalar və bol su qəbul etmək məsləhət görülür. Kifayət qədər su içmək tüpürcək ifrazını artıraraq ağız gigiyenasını qorumağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və ağız baxımı ilə Ramazan ayını həm sağlam, həm də daha rahat keçirmək mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
161 145 119 168 119 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.