Mənim qəlbim çox üşüyür
Bir gecənin hüznündəyəm,
Qar da yağır,şaxta düşür.
Bir sevginin hicranında,
Mənim qəlbim çox üşüyür.
Nə isitmir odun peçi,
Nə qızdırmır közün odu..
Küləkdən də hiss olunur
Qalan mənəm,gedən O'du..
Çoxu gedib,azı qalıb,
Hansı sevən yara çatıb..
Nə olsunki dağlar dəlib,
Məcnun kimi susuz qalıb.
Ömürdən günlərim axıb,gedəcək.
Günəş də isitməz sönən qəlbimi.
Mənim ürəyimi dəlib keçəcək,
Sənin ürəyində bir yad həvəsi.







