ice berg

ice berg Məşhurlar 8-03-2026, 13:00

Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

Hazırda Rusiyada olan müğənni Afət Həsənovanın (Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətə Ali Məhkəmədə baxılıb.

 

Loading.aZın əldə etdiyi məlumata görə, bu gün keçirilən prosesdə ifaçını onun vəkili Fuad İskəndərov təmsil edib.

 

Ali Məhkəmə Afət Həsənovanın şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, Afət Həsənova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayəti onun həmkarı Vəfa Şərifova verib. Lakin Afət Həsənova Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib. Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
164 159 188 138 192 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.