Hər gün məni çəkir rəssam
Hər gün məni çəkir rəssam,
ətrafımda nə var çəkir.
Üz-gözümdə sevinc, gülüş,
əllərimdə qabar çəkir.
Dərin nəfəs alır hamı,
məni yola salır hamı,
o tərəfdə qalır hamı,
aramıza divar çəkir...
Ayaq düşmür cığırına,
su da axmır çuxuruna,
ruhum çayın axarına,
MƏN adda bir avar çəkir.
Cahandar Aybər







