AzizA

AzizA Programlar 9-03-2026, 16:30

"Apple Music"dən süni intellekt mahnıları üçün yeni qayda

"Apple Music"dən süni intellekt mahnıları üçün yeni qayda

"Apple Music" platforması süni intellekt (AI) vasitəsilə yaradılmış kontentin işarələnməsi üçün yeni sistem tətbiq etməyə başlayıb.

Loading.az xəbər verir ki, bu barədə NME nəşri məlumat yayıb. Qərar süni intellektlə yaradılan kontentin sürətlə artması fonunda qəbul edilib.

Yeniliyə əsasən, musiqi distribyutorları mahnıların, sözlərin, kliplərin və ya albom üzlüklərinin hazırlanmasında süni intellektdən istifadə olunub-olunmadığını qeyd etməli olacaqlar.

Şirkəti bildirir ki, bu addım bütün musiqi sənayesi üçün ədalətli qaydaların formalaşdırılması və şəffaflığın təmin olunması istiqamətində ilk addımdır.

Qeyd edək ki, keçən il aparılmış araşdırmaya görə, insanların 97 faizi real və AI tərəfindən yaradılmış musiqini bir-birindən ayıra bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 169 171 187 181 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.