AzizA

AzizA Müxtəlif 9-03-2026, 17:30

Aya uçacaq ekipajın qida menyusu

Aya uçacaq ekipajın qida menyusu

NASA Ay ətrafında 10 günlük uçuşa hazırlaşan "Artemida‑2" missiyası astronavtlarının qida menyusunu açıqlayıb.

Ekipaj kosmosda Yer kürəsindəki gündəlik rasiona bənzər yeməklərlə qidalanacaq.

Menyunun hazırlanmasında əsas şərt qidaların kosmik avadanlıqlar üçün təhlükəsiz olmasıdır. Seçim zamanı qidaların qida dəyəri, kalori miqdarı və astronavtların şəxsi seçimləri də nəzərə alınıb.

Menyuda tortilla, mal əti kotleti, toyuq və düyü, toyuq bulyonu, pendirli makaron, krevet kokteyli, göbələk krem-şorbası, omlet, sobada bişmiş brokoli və yaşıl lobya, qranola, sosiska, müxtəlif meyvələr (alma, banan, portağal), tərəvəzlər (kök və kərəviz), pudinq və peçenye yer alıb.

İçkilər arasında isə qəhvə, çay, kakao, smuzi, limonad və alma sidri var.

Astronavtlar Ay orbitinə "Orion" kosmik gəmisi ilə bu ilin aprelində yola düşəcək və kosmosda 10 gün qalacaqlar. Missiya zamanı gəminin həyat təminatı sistemləri sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu uçuş 1972-ci ildən sonra insanların aşağı Yer orbitindən kənara ilk səfəri olacaq. Missiyanın heyətinə Kristina Kox, Viktor Qlover, Rid Uayzman və Ceremi Hansen daxildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 164 174 138 167 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.