n2006

n2006 Hekayələr 12-03-2026, 13:30

Hörük

Hörük


Qız uzun, bir-birinə dolaşan dalğalı, şişkin saçlarını 3 hissəyə ayırdı. Sonra hörməyə başladı. İlahi, bu mənasız saçlar necə gözəl, necə səliqəli görünürdü hörüklə. İlk baxışdan adi görünən bu hörük çox düşündürdü məni. Bütün dolaşıq, qarışıq, səliqəsiz, lazımlı, lazımsız fikirlərimi bir araya toplayıb hörmək qərarına gəldim mən də.

3 hissəyə ayırdım. Dost tanışlarımı bir, tanımadığım,sevmədiklərimi bir yerə yığdım. Bir tərəfdə isə özüm dayandım. Sonra hörməyə başladım. Sağdakıları soldakıların üstünə qoydum hər ikisini ortadakına qarışdırdım. Sonra yenə...yenə...davam etdim. Hördüm sevinci də, kədəri də,yalanı da, doğrunu da hamısını hörüb özümə qatdım. Doladım hamısını bir birinə. Uzun, upuzun bir hörük alındı. O qızın hörüklərindən də uzun oldu ancaq, onun kimi gözəl olmadı... Çünki dostlarım içində süniləri, saxtaları var idi. Onlar qarışmadı mənim öz dünyama, kənara qaçmaq istədilər, pozdular sıranı. Sevmədiklərim, tanımadıqlarım içərisində sən demə mənə yaxın olanlar da var imiş. Durduqları yerdən daha yaxına gəlmək istədilər, onlar da pozdular sıranı. Elə mən də, mən də səhvlər etdim... Yaxşını pisin üstünə yığıb ört-basdır etməyə çalışırdım. Bəzən də əksinə, pislər önə keçirdi. Əvvəlcədən səhv qurmuşdum sıranı. Gərək pislə səhvi, yaxşıyla düzü yanaşı qoyardım... Mübahisə edib hörüyümü pozmasınlar deyə.

...Alınmadı, dostla yadı, səhvlə düzü bir arada saxlamağı bacarmadım. Fikirlərimi nizama salmağı bacarmadım. Açdım hördüyüm hörüyü, hər şey yenə əvvəlki kimi qarışıq, dolaşıq oldu. Nə isə... belə daha yaxşıdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 199 197 175 201 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.