AzizA

AzizA Programlar 13-03-2026, 07:30

"Sora" və "ChatGPT" inteqrasiya olunur

"Sora" və "ChatGPT" inteqrasiya olunur

"OpenAI" şirkəti süni intellekt əsaslı "Sora" video generatoruna birbaşa "ChatGPT" interfeysi üzərindən çıxış imkanı yaratmağı planlaşdırır.

Bu barədə "The Information" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Sora" "OpenAI"nin multimodal süni intellekt texnologiyaları sahəsindəki imkanlarını genişləndirib. Bu model hazırda "Meta" və "Google" kimi nəhəng şirkətlərin analoji xidmətlərinə əsas rəqib hesab olunur. Mətnlə işləyən süni intellekt modelləri artıq həm fərdi istifadəçilər, həm də şirkətlər tərəfindən geniş tətbiq edilir. Texnologiyanın növbəti mərhələsi isə statik şəkillər və videolar yaradan generatorlardır. Bu yeniliyin media və kontent sənayesində ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.

"OpenAI" şirkəti "Sora" xidmətini 2025-ci ilin sentyabrında ayrıca tətbiq kimi istifadəyə verib. Platforma istifadəçilərə mətn sorğuları (prompt) əsasında videolar yaratmağa və onları paylaşmağa imkan yaradır.

"Sora"ya "ChatGPT" vasitəsilə giriş imkanı yaradıldıqdan sonra da, "OpenAI" video generatorunu ayrıca bir tətbiq kimi saxlamağı planlaşdırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 182 159 188 161 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.