Mələy0001

Mələy0001 Məşhurlar 24-10-2017, 19:35

Mehriban Əliyevanın ev verdiyi Könül Xasıyeva: "Arzum budur ki, bu mənzildə..."

Mehriban Əliyevanın ev verdiyi Könül Xasıyeva: "Arzum budur ki, bu mənzildə..."




Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti, onurğa iflicindən əziyyət çəkən sənətkar Könül Xasıyevaya mənzil hədiyyə edib.

Oxu.az-ın əməkdaşı xanəndə ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib.

“Mənzilin açarı bu gün saat 11:00-da mənə təqdim olundu. Artıq yeni evimə köçmüşəm. Üçotaqlı, tam təmirli mənzil Heydər Əliyev Mərkəzinin yaxınlığındadır. Ulu öndərimizin adını daşıyan məkana yaxın olması mənim üçün xüsusilə xoş oldu. Arzum budur ki, bu mənzildə bəzənib-düzənərək, Heydər Əliyev Sarayında konsert verim. Məni diqqətdə saxladığına görə Mehriban xanıma, Leyla xanıma və prezidentimizə təşəkkür edirəm”, - deyə K.Xasıyeva bildirib.

O, səhhəti barədə də açıqlama verib: “Hazırda müalicəm davam edir. Bu gün həm də çox həyəcan hissi keçirdim”. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
606 652 563 537 582 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.