ice berg

ice berg Texnologiya 13-03-2026, 22:00

Çin smartfonları daha bahalı olacaq

Çin smartfonları daha bahalı olacaq

Çinin böyük texnologiya şirkətləri yeni smartfonların qiymətlərini artırmağa hazırlaşır.

 

Loading.aZ bu barədə xarici mediaya istinadla xəbər verir.

 

Mənbələrin məlumatına görə, OnePlus, iQOO və Redmi şirkətləri gələcək smartfon modellərinin qiymətlərini nəzərəçarpacaq dərəcədə artırmağı planlaşdırır. İnsayder bildirir ki, bu brendlər altında təqdim olunacaq yeni cihazların qiyməti vahid qiymət siyasəti əsasında müəyyən ediləcək.

 

Digital Chat Station-un sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri bazarda yaranmış yaddaş çatışmazlığıdır. Bundan əlavə, iki nanometrlik texnoloji proses əsasında hazırlanacaq yeni və daha güclü prosessorların istehsalı da xərclərin artmasına səbəb olacaq. Çip istehsalçıları qiymətləri yüksəltdiyi üçün bu, birbaşa smartfonların dəyərinə təsir edəcək.

 

Maraqlıdır ki, qiymətlərin artmasına baxmayaraq, bəzi istehsalçılar cihazların texniki xüsusiyyətlərini ciddi şəkildə yaxşılaşdırmağı planlaşdırmır. Gözlənilir ki, OnePlus, iQOO və Redmi smartfonlarının əksəriyyəti bazar versiyada 12 GB operativ yaddaş və 256 GB daxili yaddaşla təqdim olunacaq. Daha güclü konfiqurasiyalar isə əlavə ödəniş qarşılığında əlçatan olacaq.

 

İnsayderin proqnozuna görə, yeni flaqman smartfonların qiyməti təxminən 5 min yuan, yəni təxminən 1230 manat səviyyəsindən başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 164 137 176 190 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.