ice berg

ice berg Maraqlı 14-03-2026, 18:00

14 mart dünyada Pi günüdür

14 mart dünyada Pi günüdür

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür.

 

Loading.aZ xəbər verir ki, “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın 14-nü “Pi” günü elan edib.

 

“Pi” çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabitdir. O, həm də sonsuzdur, yəni riyazi olaraq irrasionaldır. Rəqəmsallaşmadan çox-çox əvvəl İsaak Nyuton kimi alimlər “Pi”ni hesablamaq üçün çox vaxt sərf ediblər. Müasir dövrdə mürəkkəb kompüterlərdən istifadə edilərək “Pi” üçün sonu olmayan trilyonlarla ədədlər tapılıb. Bu ədəd “periferiya” və “perimetr” sözlərindəki ilk hərfə görə “Pi” adlanıb.

 

“Pi” antenanı peykə doğru yönəltmək üçün açar hesab olunur. O, emal avadanlığı üçün lazım olan nəhəng silindrin ölçüsündən tutmuş printerlərdə istifadə olunan kağız rulonlarının ölçüsünədək hər şeyi anlamağa kömək edir. NASA orbitlərin, planetlərin və digər göy cisimlərinin mövqelərini, raket hərəkətini, kosmik gəmilərlə əlaqəni ölçmək üçün “Pi”dən istifadə edir. Alimlər onun yalnız doqquz rəqəmindən istifadə edərək Yerin çevrəsini dəqiq hesablaya biliblər.

 

NASA hər il online formatda “Pi Günü Müsabiqəsi” keçirir və iştirakçılara bununla bağlı çoxlu oyun və tapmacalar təklif edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 200 143 146 132 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.