Yumor
-Baba, gəl iks-sıfır oyunu oynayaq.
-Axı mən oynaya bilmirəm!
-Mən öyrədərəm!
-Onda uduzmağa hazır ol!
-Mən səni elə öyrədəcəyəm ki, sən uduzacaqsan!
***
Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:
-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq!
Nənə razı olur:
-Əlbəttə! Necə oynayırlar, «qaçan kubiklər oyununu» öyrət, oynayaq!
- Bax, bu kubiklərdən birini götürüb qaçırsan...
- Nə vaxtacan qaçırsan, bala?
- Bax, orasını bilmirəm!..
***
- Əhsən sənə Əhməd, zoologiyadan yaxşı qiymət almısan! Bəs bu necə oldu? Axı sən zoologiyanı yaxşı bilmirsən?
- Çox asanlıqla aldım yaxşı qiyməti. Dedim Dəvəquşunun üç ayağı var, müəllim də məni təriflədi.
- Burda tərifli nə var ki, sən səhv eləmisən axı, dəvəquşunun məgər üç ayağı var? Onun iki ayağı var axı...
- Bütün uşaqlar bir səslə dedilər ki, dəvəquşunun dörd ayağı var. Bircə mən dedim üç ayağı var. Ona görə də müəllim məni təriflədi.
***
- Ata sabah məktəbdə kiçicik bir valideyn iclası var. Vaxtın olar ora getməyə?
- Vaxt tapmağına taparam, amma başa düşə bilmirəm ki, kiçicik valideyn iclası nəyə deyirlər?
- Kiçicik valideyn iclası ona deyirlər ki, orda sən, mən, və sinif rəhbərimiz olur.
***
- Bu tarakanlar lap bizi bezdiriblər. Haranı açırsan içindən tarakan çıxır.
- Sən tarakanlar üçün olan təbaşirdən al.
- Köməyi olar?
- Əlbəttə, bax mən almışam, mənim tarakanlarım oturublar bir küncdə, sakitcə rəsm çəkirlər.
***
- Ata, bu gün anam məni iki dəfə döyüb!
- Nəyə görə?
- Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı.
- Bəs ikinci dəfə nəyə görə döydü?
- Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə.






