AzizA

AzizA Qadın Dünyası 22-03-2026, 09:30

Qadın xoşbəxtliyini tapmaq istəyənlərə 5 məsləhət

Qadın xoşbəxtliyini tapmaq istəyənlərə 5 məsləhət

Hər bir qadın tez bir zamanda öz tək, ona məxsus sevgisini tapmaq istəyir. Qadın xoşbəxtliyi elə bundan asılıdır. Bunun üçün əsas məsləhətlər aşağıdakılardır:

1. Görüş zamanı heç vaxt onu sizə münasibətinə görə ittiham etməyin.

Çünki evlilik həyatı yalnız onun sizin xoşunuza gəlmək üçün çalışdığı anlardan ibarət deyil. Zaman keçdikcə onun davranışlarında elə anlar olacaq ki, sizə münasibəti adi adamlara münasibəti kimi olacaq. Ona görə də sevdiyiniz insanın satıcıya, ofisianta, kolleqalarına və s. davranışlarına əvvəlcədən fikir verin.Bu onun insani keyfiyyətlərinin göstəricisidir.

2. Onun anası ilə davranışlarına fikir verin.

Əgər o hər günanasına zəng edir, ondan geyim seçimi haqqında məsləhət alır, istirahət günləri isə onun onun evinə getməkdən şad olursa. Bilin ki, sizin güclü rəqibiniz var. Böyük ehtimalla onun anasına yeniyetmə kimi bağlılığı sizin möhkəm əlaqələrinizə mane olsun. Siz sevimli olmayan gəlin olmaq istərdiniz?

3. "Dostunu mənə göstər, sənin kim olduğunu deyim".

Onun dostlarına nəzər salmaqla onun haqqında faydalı məlumatlar əldə edə bilərsiniz. Məsələn onun maraqları haqda öyrənə bilərsiniz, o, köməyə gələ bilərmi, dəstək ola bilərmi və s. Ciddi münasibətlərdə bu çox vacibdir.

4. Onun çatışmamazlıqlarına xüsusi diqqət yetirin.

Onu dəyişəcəyinizə ümid etməyin. Onun mənfi xüsusiyyətlərini qəbul edib, etməyəcəyinizi yaxşıca düşünün .

5. Əgər siz uşaq dünyaya gətirməyi planlaşdırırsınızsa, onun meydançada oynayan digər qohum və ya dostlarınızın uşaqlarına reaksiyasına fikir verin. Sonra ondan bu barədə planları barədə soruşa bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 219 186 176 196 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.