cabir

cabir Xəbərlər 28-03-2026, 21:30

Küveyt səmasında bir gündə altı PUA vurulub

Küveyt səmasında bir gündə altı PUA vurulub

Ötən sutka ərzində Küveytin hava məkanında minimum altı pilotsuz uçuş aparatı (PUA) məhv edilib.       Sun.Az  xəbər verir ki, bu barədə ABŞ-nin CNN televiziya kanalı məlumat yayıb.                   

Hadisə ilə bağlı əlavə detallar təqdim olunmayıb.

Xatırladaq ki, martın 27-fə Küveytin İctimai İşlər Nazirliyi Mübarək Əl-Kəbir limanına raket zərbəsi endirildiyini bəyan edib. İlkin məlumata əsasən insan tələfatı qeydə alınmasa da, infrastruktura maddi zərər dəydiyi bildirilir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 184 153 162 124 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.