ice berg

ice berg Sağlamlıq 30-03-2026, 14:00

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.

 

Loading.aZ xəbər verir ki, mövsüm keçidləri ilə birlikdə artan infeksiyalara qarşı ənənəvi mətbəximizin təməl daşlarından olan toyuq şorbası, həm qida dəyəri, həm də fizioloji təsirləri ilə mütəxəssislər tərəfindən tövsiyə edilən qidaların başında gəlir. Toyuqun qaynadılması zamanı ortaya çıxan sistein adlı amin turşusu, kimyəvi quruluşuna görə tərkibində asetilsistein olan dərmanlarla bənzərlik təşkil edir.

 

Bu maddə ağciyərlərdəki və tənəffüs yollarındakı seliyin (bəlğəmin) incəlməsinə kömək edərək, onun bədəndən xaric olunmasını asanlaşdırır.

 

Şorbanın tərkibindəki komponentlərin orqanizmə təsirləri aşağıdakı kimi sıralanır:

 

Xəstəlik müddətində itirilən mayenin bərpasını təmin edir.

 

Toyuq suyu neytrofillərin (ağ qan hüceyrələrinin bir növü) hərəkətini məhdudlaşdıraraq tənəffüs yollarındakı iltihab əlamətlərini yüngülləşdirir.

 

Şorbaya əlavə edilən yerkökü, kərəviz, soğan və sarımsaq kimi tərəvəzlər A, C və B vitaminləri ilə yanaşı, güclü antioksidant dəstəyi verir.

 

Qidalanma mütəxəssisləri vurğulayırlar ki, maksimum fayda üçün hazır (industrial) məhsullar deyil, sümüklü toyuq ətinin uzun müddət az odda qaynadılması ilə əldə edilən sudan istifadə olunmalıdır.

 

Sümük iliyindən suya keçən bu maddələr həzm sistemini dəstəkləyir və bağırsaq baryerini gücləndirir.

 

Şorbaya süfrəyə verilərkən əlavə edilən təzə limon şirəsi və istiot, tərkibindəki C vitamini və piperin sayəsində çorbanın faydalılığını artırır.

 

Şorbanın isti içilməsi burun kanallarındakı təmizləmə prosesini sürətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 115 144 156 162 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.