Tarixdə ən bahalı şərab şüşəsi rekord qiymətə satıldı
945-ci ilə aid əfsanəvi Domaine de la Romanée-Conti şərabının bir şüşəsi heyrətamiz qiymətə - 812 500 dollara satılıb. Rekord hərrac ABŞ-ın ən qədim şərab ticarətçisi və dünyanın ən böyük şərab hərrac evi olan Acker tərəfindən təşkil edilən illik La Paulée tədbirində baş tutub.
Loading.az xarici mediaya istinadən xəbər verir ki, bu satış 2018-ci ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu geridə qoyub - həmin vaxt oxşar bir şüşə 558 000 dollara satılmışdı. Beləliklə, qiymət demək olar ki, 50 faiz artıb. Bildiriblər ki, bu satış 1945-ci il vintajını “kolleksiya tarixində ən arzu olunan şərab” kimi möhkəmləndirib.
Alıcının kimliyi açıqlanmayıb, lakin məlumdur ki, şüşə Burqundiyanın ən nüfuzlu şərabçılarından biri olan və təxminən 50 il Maison Joseph Drouhin evinə rəhbərlik etmiş Robert Drouhin-in şəxsi zirzəmisindən olub.







