Paşinyan: Müxalifət hakimiyyətə gəlsə, müharibə qaçılmazdır
Ermənistanda müxalifətin hakimiyyətə gələcəyi təqdirdə ölkənin yeni müharibəyə sürüklənə biləcəyi iddia olunur. Sun.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"in YouTube kanalında yayımlanan brifinqdə danışıb.
Paşinyan bildirib ki, müxalifət nümayəndələri sülhə qarşı olmadıqlarını desələr də, hakimiyyətə gəldikləri halda sülh prosesini yenidən nəzərdən keçirə bilərlər. Onun sözlərinə görə, bu isə faktiki olaraq yeni müharibə riski deməkdir.
Baş nazir həmçinin qeyd edib ki, bu cür bəyanatların arxasında xarici qüvvələrin dayandığını düşünür və daxili müxalifətin sadəcə bu mövqeləri səsləndirdiyini iddia edir.






