Sabiq deputat: Hakimiyyətin siyasəti cəmiyyəti qane etmir
Ermənistan cəmiyyətində mövcud hakimiyyətin Qarabağ məsələsinə yanaşması ilə bağlı narazılıqların artdığı iddia olunur. Sun.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan NSN-ə açıqlamasında bildirib.
Abovyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının qarşıdan gələn parlament seçkilərində qələbə qazanmaq şansı zəifdir. O qeyd edib ki, əhali biznes vergiləri və dövlət idarəçiliyindəki problemlərdən narazıdır.
Sabiq deputat əlavə edib ki, hakimiyyətin Qarabağ məsələsinə qeyri-müəyyən və ziddiyyətli yanaşması da cəmiyyətdə narahatlıq yaradır: "Onlar eyni anda üç skripka çalmağa çalışırlar".






