cabir

cabir Xəbərlər 1-04-2026, 19:10

İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq

İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı deyil. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə istifadəçi bu şəbəkəyə qoşulur ki, bu da risk ehtimalını artırır".

Bunu   açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.                

O, qeyd edib ki, əsas təhlükə ictimai Wi-Fi şəbəkələrində məlumat ötürülməsi hər zaman kifayət qədər qorunmur. Eyni şəbəkədə olan digər şəxslər texniki vasitələrdən istifadə edərək məlumat axınını izləməyə cəhd göstərə bilərlər:

"Digər geniş yayılmış risk isə saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla eyni məkanda saxta şəbəkə yaradılır və istifadəçi bunu fərq etmədən həmin şəbəkəyə qoşula bilər. Bu halda istifadəçinin internet üzərindən etdiyi bütün əməliyyatlar risk altına düşür.

Bununla belə, pulsuz Wi-Fi istifadə etmək tam təhlükəli hesab olunmur. Sadəcə istifadə məqsədi burada həlledici rol oynayır. Xəbər oxumaq, xəritəyə baxmaq və ya video izləmək kimi gündəlik fəaliyyətlər nisbətən təhlükəsizdir. Lakin bank tətbiqlərinə daxil olmaq, kart məlumatlarını yazmaq, dövlət xidmətlərindən istifadə etmək və ya iş e-poçtuna qoşulmaq ictimai şəbəkələrdə risklidir.

İstifadəçilərə tövsiyə olunur ki, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını yoxlasınlar. Həmçinin, ictimai Wi-Fi istifadə edərkən şəxsi və maliyyə məlumatlarını daxil etməkdən çəkinmək lazımdır. Avtomatik qoşulma funksiyasını söndürmək və yalnız "https" ilə başlayan, şifrələnmiş saytlara daxil olmaq da təhlükəsizliyi artıran vacib addımlardandır".

        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
149 162 123 129 174 104

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.