ice berg

ice berg Məşhurlar 2-04-2026, 17:00

Halit Ergenç və Meryem Üzerli yenidən eyni serialda

Halit Ergenç və Meryem Üzerli yenidən eyni serialda

Məşhur "Muhteşem Yüzyıl" serialının unudulmaz cütlüyü Halit Ergenç və Meryem Üzerli 15 ildən sonra yenidən eyni layihədə bir araya gəlir.

 

Loading.aZ Türkiyə mediasına istinadla xəbər verir ki,"Sultan Süleyman" və "Hürrəm" obrazları ilə yaddaşlarda qalan aktyorlar rejissor Özcan Alperin "İmrozda bahar" adlı yeni bədii filmində baş rolları bölüşəcəklər.

 

Ötən gün rejissor və yaradıcı heyətin iştirakı ilə filmin ilk oxu məşqləri baş tutub. Görüş zamanı ssenari üzərində müzakirələr aparılıb, obrazların daxili dünyası və xarakter analizləri təhlil edilib. Özcan Alper çəkiliş qrupu ilə ekran işinin atmosferi və təhkiyə dili barədə fikir mübadiləsi aparıb.

 

"Sky Films"in istehsalı olan ekran işinin çəkilişlərinə bu ilin aprel ayında başlanılması planlaşdırılır. Gökçeadanın (İmroz) təbiəti və tarixi fonunda cərəyan edən süjet xətti adada yolları kəsişən iki şəxsin hekayəsindən bəhs edir. Keçmişləri ilə üzləşməli olan qəhrəmanların ikinci şans axtarışı izləyicilərə "İmrozun baharında eşq yenidən mümkündürmü?" sualını ünvanlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 156 154 159 122 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.