Moskva: Tbilisi istəsə, münasibətləri normallaşdırmağa hazırıq
Tbilisinin müvafiq mövqeyi olacağı təqdirdə, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır. Sun.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bildirib. O, bu fikirləri Valday Müzakirə Klubunun Rusiya-Özbəkistan konfransı çərçivəsində səsləndirib.
Diplomatın sözlərinə görə, bu səfər Rusiya ilə Gürcüstan arasında mədəni və tarixi yaxınlığı nümayiş etdirir. Bununla belə, o vurğulayıb ki, Moskva və Tbilisi arasında hələ də müəyyən siyasi problemlər qalmaqdadır.
"Biz Tiflisin münasibətləri normallaşdırmaq istiqamətində nə qədər irəli getmək istəsə, o qədər irəliləməyə hazırıq", - deyə Qaluzin əlavə edib.






