Rusiya Ermənistanla bağlı mövqeyini açıqladı
Avrasiya İqtisadi İttifaqı (Aİİ) tərəfindən heç bir qərar Ermənistanın maraqlarına zidd şəkildə qəbul edilməyəcək. Sun.Az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.
Rəsmi şəxs vurğulayıb ki, Aİİ çərçivəsində qəbul edilən qərarlar Ermənistanın maraqlarına uyğun olmadığı halda təsdiqlənmir.
Overçuk qeyd edib ki, Ermənistan Aİİ daxilində Rusiya və digər üzv dövlətlərlə bərabər səs hüququna malikdir. O əlavə edib ki, Moskva Yerevanın ABŞ və Avropa İttifaqı ilə yeni tərəfdaşlıqlar qurmasına mane olmur.
Baş nazirin müavini həmçinin Ermənistandakı Rusiya biznesinin vəziyyətinə də toxunub. O bildirib ki, Moskva Yerevana birgə inkişaf və qarşılıqlı qazanc imkanları təklif edir. Lakin bunun üçün Rusiya biznesinin Ermənistanda fəaliyyət göstərməsi vacibdir və hazırda bu, mümkün deyil.






