Ançelotti Dünya çempionatına gedəcək 24 oyunçunu müəyyənləşdirdi: iki yer üçün üç namizəd var
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti artıq 2026-cı il Dünya çempionatına gedəcək 24 oyunçunu müəyyənləşdirib.
Loading.az-ın xarici mediaya istinadən xəbərinə görə, Endrik, İqor Tiaqo və Lukas Paketa qalan iki yer uğrunda mübarizə aparırlar.
Neymarın milli komandaya çağırılması ehtimalı azdır, lakin məşqçilər heyəti “Santos”un oyunlarını izləməyi planlaşdırır.







