ice berg

ice berg İslam Dini 5-04-2026, 17:07

Məşhur dua kitabları hansılardır?

Məşhur dua kitabları hansılardır?

İslam tarixi boyunca müxtəlif müəlliflər tərəfindən mötəbər dua kitabları tərtib edilmişdir. Bu kitablar müsəlmanlar tərəfindən hər dövrdə oxunmuş və istifadə olunmuşdur. Adətən, hər neçə əsrdə bu və ya digər kitab müsəlmanlar arasında məşhur olur. Cəfər məzhəbinin ən tanınmış dua və ziyarət kitablarına aşağıdakıları misal göstərmək olar: İmam Zeynülabidinə (ə) məxsus dualardan ibarət “Səhifeyi-Səccadiyyə”, Şeyx Tusinin “Misbahül-mütəhəccidin”, İbn Qovləveyhin “Kamilüz-ziyarat”, Seyid ibn Tavusun “Fəlahüs-sail” və “Mühəcüd-dəəvat”, Ravəndinin “Dəəvat”, Şeyx Bəhainin “Miftahül-fəlah”, Əllamə Məclisinin “Zadül-məad”, Şeyx Abbas Quminin “Məfatihül-cinan” kitabları və s. Sonuncu kitab bu dövrdə çox məşhurdur. Əhli-sünnəyə məxsus dua kitablarından isə aşağıdakılar daha çox tanınır: Nəsainin “Əməlül-yovm vəl-leylə”, Nəvəvinin “əl-Əzkar”, Qəhtaninin “Hisnül-müslim” kitabları və s.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 149 170 181 179 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.