ice berg

ice berg İslam Dini 5-04-2026, 12:02

Allahın varlığının sübutlarından olan “hərəkət bürhanı” nə deməkdir?

Allahın varlığının sübutlarından olan “hərəkət bürhanı” nə deməkdir?

Elm artıq çoxdan sübut edib ki, bütün kainat arasıkəsilməz hərəkət halındadır. Bu hərəkət özünü hər şeydə göstərir. Hərəkət müxtəlif cür ola bilər: kəmiyyət, keyfiyyət və məkan dəyişiklikləri hərəkətin növləridir. Ayrı-ayrı cismlər bir-birinə nisbətən hərəkət etməkdən əlavə cismlərin təbiətində də hərəkət vardır. İlk baxışda sabit və dayanıqlı gördüyümüz cismlər əslində Yer planeti ilə bərabər hərəkətdədərlər. Hətta tam sabit və hərəkətsiz bir cism tapsaq belə, nəzərə almalıyıq ki, onu təşkil etən atom və molekulların daxilində cazibə və dəfetmə qüvvələrinin təsiri altında zərrəciklərin daimi hərəkət prosesi gedir. Əgər kainatı başdan-başa hərəkət bürüyüb­sə, bu hərəkətin yaradıcı qüvvəsi də olmalidır. Həmin hərəkətverici qüvvə Allahdır. Bu, Allahın varlığını zəruri edən əsas sübutlardan biridir və dini ədəbiyyatda “hərəkət bürhanı (sübutu)” adlandırılır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 172 200 192 169 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.