ice berg

ice berg İslam Dini 5-04-2026, 09:09

Əhdi-ətiq və Əhdi-cədid nədir?

Əhdi-ətiq və Əhdi-cədid nədir?

Bibliyanı şərti olaraq iki hissəyə ayırırlar: Əhdi-ətiq, yəni qədim, köhnə əhd və Əhdi-cədid, yəni yeni əhd.

Yəhudi və xristian ənənəsinə görə Allah keçmiş peyğəmbərlərin zamanında onlarla onlarla əhd bağlamış, daha sonra Həzrət İsa (ə) vasitəsilə bu əhdi təzələmişdir. Yəhudilər yalnız Əhdi-ətiqə, xristianlar isə bunların hər ikisinə inanırlar.

 Əhdi-ətiqə Tövratın 5 kitabı (Təkvin, Çıxış, Levit, Rəqəmlər və Təsniyə) və peyğəmbərlərə aid edilən daha 34 kitab daxildir. (Zəbur da bura aiddir).

 Əhdi-cədid isə 4 İncildən (Mark, Matfey, Luka və İohann İncilləri), Müqəddəs həvarilərin əməllərindən, Apokalipsisdən və həvarilərin məktublarından ibarətdir (ümumilikdə 27 mətn).

 Əhdi-ətiqin əsil mətni itib-batmış, sonralar yəhudi ruhaniləri tərəfindən hafizəyə əsasən bərpa edilmişdir. Əhdi-cədidin əsasını təşkil edən İncillərin hazırki mətnləri də tərcümədən ibarətdir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 157 179 172 171 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.