ice berg

ice berg İdman 7-04-2026, 17:00

Qvardiola yoldaşlıq oyunlarını sərt tənqid etdi: "Nə mənası var?"

Qvardiola yoldaşlıq oyunlarını sərt tənqid etdi: "Nə mənası var?"

“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola bildirib ki, son beynəlxalq fasilənin heç bir mənası olmayıb.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, bu beynəlxalq fasilə zamanı 2026-cı il dünya çempionatının son iştirakçıları müəyyənləşsə də, əksər milli komandalar yalnız yoldaşlıq oyunları keçiriblər.

 

Qvardiolanın fikrincə, çempionatlar mövsümü həlledici mərhələyə daxil olduğu vaxtda bu cür fasilələr məqsədəuyğun deyil.

 

“Hələ də başa düşməkdə çətinlik çəkirəm ki, səkkiz-doqquz ay ərzində hər üç gündən bir bütün bu titullar uğrunda oynadıqdan sonra oyunçuları müxtəlif qitələrdən yığıb yoldaşlıq oyunlarına çıxarmağın nə mənası var? Seçmə mərhələsi olanda bu başqa məsələdir, amma yoldaşlıq oyunları? Zədə riski çox böyükdür və bunun heç bir mənası yoxdur”, — deyə Qvardiola vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 164 188 154 168 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.