cabir

cabir Xəbərlər 5-04-2026, 16:50

Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş

Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş

Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.      Sun.Az           APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.            

F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.

R.Quliyev hadisə yerində həyatını itirib.

10:00

Şəmkirdə qətl hadisəsi baş verib.

BiG.AZ APA-ya istinadən bildirir ki, rayon sakini 2007-ci il təvəllüdlü Ramal Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin məlumata görə, R.Quliyevi Kür qəsəbəsi sakini 2010-cu il təvəllüdlü F.Paşazadə aralarında baş verən mübahisə zamanı bıçaqlayaq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F.Paşazadə saxlanılıb.

                

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
120 130 149 159 145 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.